ABŞ Ədliyyə Nazirliyi keçmiş prezident Donald Trampa 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı işdə şübhəli qismində bildiriş göndərib.
Trampa məktubun alındığını təsdiqləmək üçün 4 gün vaxt verilib.
Eks prezident qeyd edib ki, məktub onun həbs olunması üçün hazırlanıb.
Tramp ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
2021-ci il yanvarın 6-da o zaman ABŞ lideri olan respublikaçı Trampın tərəfdarları 2020-ci ilin noyabrında demokrat Co Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmaq üçün Konqresin binasına basqın ediblər. Basqında iştirak edən 600-dən çox şəxsin barəsində hökm çıxarılıb.