Britaniya ekspertləri vurulmuş Rusiya tanklarını öyrənir

0

Ukraynada vurulmuş bir neçə Rusiya tankı Böyük Britaniyaya gətirilib.

Bu barədə Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi admiral Toni Radakin məlumat verib.

Onun sözlərinə görə, tanklar peşəkar ekspertlər tərəfindən tədqiq ediləcək.

“Bu, bizə xarici texnologiyanın necə işlədiyini, ona qarşı necə mübarizə apara biləcəyimizi, zirehləri necə daha güclü hala gətirməyi, kommunikasiya sistemlərini necə qırmağı anlamağa kömək edəcək”, – deyə admiral bildirib.

Bildirilir ki, tanklar və digər silahlar Porton Daun texnoparkının ərazisindəki hərbi elmi-texniki laboratoriyanın əməkdaşlarına təhvil verilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »