Yaponiyadan Rusiyaya yeni qadağa

0

Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə mənbələrə istinadən “Yomiuri” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, müvafiq qərar avqustun əvvəlində qüvvəyə minə bilər. Bundan əlavə, Yaponiya hakimiyyəti Rusiyaya elektromobil və hibridlərin ixracını tamamilə qadağan etməyi gözləyir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »