Rus hərbçiləri Kupyansk istiqamətində hücuma keçdi

Rusiya hərbçiləri Kupyansk istiqamətində hücuma keçib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Sırski qeyd edib ki, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır:

“Baxmut bölgəsində qoşunlarımızın hücum hərəkətlərinin qarşısını almaq üçün düşmən bu istiqamətə fəal surətdə əlavə qüvvə və vasitələr göndərir. Onların əsasını hava-desant qüvvələrinin bölmələri təşkil edir.

Eyni zamanda, düşmən Kupyansk istiqamətində hücuma keçib və qoşunlarımızı darmadağın etməyi və döyüş birləşmələrimizin dərinliklərinə doğru hücumu davam etdirməyi qarşısına məqsəd qoyub”.

Comments are closed.

Tərcümə »