İranın təhlükəsizlik məmurları tanınmış aktyor Məhəmməd Sadiqinin Tehrandakı evinə basqın edərək onu saxlayıblar.
Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.
Məhəmməd Sadiqinin həbsi bir çox aktyor və sənətçinin etirazına səbəb olub. Onlar bəyanat yayaraq sənətçilərə qarşı yeni repressiya dalğasının başladığını bildiriblər.
Qeyd edək ki, aktyor sosial mediada paylaşımlar edərək hökumətin vətəndaşların geyim tərzi və şəxsi həyatına müdaxiləsini, yeni cəza tədbirlərini pisləyib, insanları buna qarşı çıxmağa çağırıb.