Türkiyənin regional dövlətdən beynəlxalq dövlətə çevrilməsi prosesi artıq başlayıb

0

Vilnüsdə keçirilən NATO sammiti Türkiyə Prezidenti R.T.Ərdoğanın bu sammitə öz damğasını vurması ilə nəticələndi. Bir çoxları Ukrayna Prezidenti Zelenski və Ukraynanın NATO-ya üzvlük məsələsinin əsas prioritet olacağını gözləsələr də, Isveçin NATO-ya üzv olmasına R.T.Ərdoğanın razılıq verməsi əsl sensasiya oldu.

Bunu politoloq Azər Qasımov deyib.

Politoloq qeyd edib ki, bununla yanaşı Rusiya ilə “Taxıl sazişi” məsələsində də tək əvəzsiz lider kimi Putinlə danışıq aparmaq gücündə olan R.T.Ərdoğan dünya lideri olduğunu isbat etdi:

“İsveçin NATO üzvlüyü məsələsində ona verilən vədlərin nəticələrini gözləmədən verilən sözlərə etibar edərək razılıq verməsi verilmiş vədlərin yerinə yetiriləcəyinə Ərdoğanın əminliyindən irəli gəlir.
Türkiyənin regional dövlətdən beynəlxalq dövlətə çevrilməsi prosesi artıq başlayıb. Türkiyə Qərb alyansının yanında olmaqla tək həqiqəti qəbul etmiş oldu ki, onun inkişafı və gələcəyi Rusiya və ya Avrasiya Birliyinin yanında olmaqdan keçmir. İnkişaf Qərbin yanındadır.
Türkiyə siyasi inkişafının elə bir səviyyəsindədir ki, artıq vaxtı ilə mövcud olan Türkiyə yoxdur. Türkiyə artıq Qərblə bərabərhüquqlu dövlət kimi münasibət quran liderə sahibdir. Qərb də bunu qəbul edib. Çevrilişlə, təzyiqlərlə Türkiyə ilə danışmağın mümkün olmadığını başa düşür. Bu reallıqlar fonunda Türkiyənin Qərbin yanında olması gələcəkdə daha böyük uğurlar qazanmasının əsasını qoyacaqdır. Türkiyənin güclənməsi də Azərbaycanın, Türk birliyinin güclənməsi anlamına gələcək”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »