Tehran hökumətinin bəyanatları gülünc və həyasızcadır.
Bunu Fransa xarici işlər nazirinin müavini və Avropa məsələləri üzrə müşaviri Lorens Bun İranın Fransadakı etirazlarla bağlı bəyanatlarına cavabında deyib.
“Manipulyasiya edən və yanlış məlumat verən ölkənin həyasızlığına və pis niyyətinə aldanmamalıyıq”, – o bildirib.
Qeyd edək ki, İran Fransada qadın hüquqlarının pozulmasından “narahat” olduğunu açıqlayıb.