ABŞ-dan Ukrayna üçün yeni hərbi yardım

ABŞ iyulun 7-də Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayacaq.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ rəsmiləri bildiriblər ki, yeni yardım paketinə 155 mm-lik silahlar üçün kasetli sursatların daxil olacağı gözlənilir.

Dəyəri 500 milyon dollardan çox olan yardım paketinə, həmçinin HIMARS artilleriya raket sistemləri, Bradley döyüş maşınları və Stryker zirehli personal daşıyıcıları üçün sursat daxil olacaq.

Rəsmilər paketin hələ də müzakirə mərhələsində olduğunu və dəyişə biləcəyini qeyd edir.

Comments are closed.

Tərcümə »