Makron: İğtişaşlar pik həddi keçdi

0

Ölkədə iğtişaşlar pik həddi keçib.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron kommunaların merləri ilə görüşündə deyib.

“Qarşıdakı günlər və həftələr üçün diqqətli olmalıyıq, amma gördüyünüz kimi, iğtişaşların pik həddi keçib”, – o bildirib.

241 kommunanın liderlərinin qatıldığı görüşdə Makron vurğulayıb ki, indi mütləq prioritet uzunmüddətli asayişi təmin etməkdir.

Qeyd edək ki, 27 iyunda 17 yaşlı yeniyetmənin polislər tərəfindən qətlə yetirilməsindən sonra Fransada iştişaşlar başlamışdı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »