Kadırov canlı yayıma çıxdı – hələ ölməmişəm

0

Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı Adam Delimxanovla birlikdə İnstaqramda canlı yayıma çıxıb və xəstəliyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Axar.az xəbər verir ki, Delimxanov da canlı yayım tarixini (2 iyul) göstərib və çəkilişin yeni olduğunu bildirib.

“Sakit-sakit yaşayırıq. Uzun müddət yaşamaq istəmirik. Qısa yaşayacağıq, amma ləyaqətlə”, – Kadırov canlı yayımda deyib.

“Bundan sonra da qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edəcəyik. Və biz bütün şeytanlara və qeybətçilərə demək istəyirik: “Əhməd” gücdür”, – Delimxanov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kadırovun ölüm ayağında olması ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə, Delimxanovun xəsarət alması ilə bağlı xəbərlərdən sonra itkin düşdüyü iddia edilirdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »