ABŞ Ukraynaya bu silahlardan verəcək – Müharibədə qüvvələr nisbəti dəyişir

0

Qərb mediasında yer alan xəbərlərə görə, ABŞ Ukraynaya kasetli bombalar verməyə hazırlaşır. 

Sfera.az xəbər verir ki, bu növ bombalar müxtəlif raket və artilleriya sistemləri vasitəsilə istifadə olunaraq müəyyən ərazidə çoxsaylı partlayış törədə bilir.
Yayılan məlumatlarda qeyd edilir ki, kasetli bombaların iyulda açıqlanacaq növbəti hərbi yardım paketinə daxil edilməsi gözlənilir.

Qeyd edək ki, Ukrayna ABŞ və digər Qərb tərəfdaşlarından Rusiya ilə müharibədə üstünlük qazanmaq üçün daha dəqiq zərbələr endirən, eyni zamanda dağıdıcı qabiliyyəti yüksək olan silahlar istəyir. Bu istəyində israr edən Ukrayna tədricən məqsədinə çatır.

Beynəlxalq razılaşmalara görə, əhalinin sıx məskunlaşdığı ərazilərdə kasetli bombalardan istifadə qadağan edilib. Bu səbəbdən ABŞ həmin silahları Ukraynaya verməkdə tərəddüd edir. Ukrayna isə Rusiya mövqelərinə daha dağıdıcı zərbələr endirmək üçün bu cür silahları əldə etməyə çalışır.

Ağ Ev Ukraynanın əks-hücum əməliyyatında böyük nailiyyətlər əldə etməsini istəyir. Buna görə də rəsmi Vaşinqtonun sözügedən silahları Ukraynaya verməsi ehtimalı yüksəkdir.

ABŞ rəsmisi CNN-ə deyib ki, bu cür silahlar döyüş meydanında üstünlük qazanmağa kömək edəcək.

CNN xəbər verir ki, ABŞ-nin soyuq müharibə dövründə hazırladığı, lakin 2016-cı ildən etibarən tədricən ləğv etdiyi böyük miqdarda kasetli bomba ehtiyatı var. Rəsmi Kiyev “Himars” reaktiv yaylım atəş sistemləri və 155 mm-lik artilleriya haubitsalarında istifadə edilə bilən kasetli bombalar istəyir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »