Almaniya Kiyevə yeni radar sistemi verir

0

Almaniya Ukraynaya yeni hərbi yardım göndərib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətindən məlumat verilib.

Yeni yardım paketinə 1 ədəd orta radiuslu “TRML-4D” radiolokasiya stansiyası, 3 ədəd “BEAVER” körpü sistemi, sərhəd mühafizəsi üçün 2 ədəd maşın və 16 ədəd “Zetros” yük maşınları daxildir.

Qeyd edək ki, “TRML-4D” radarları təyyarələr, helikopter və qanadlı raketlər kimi müxtəlif növ hava hədəflərini erkən aşkar etməyə qadirdir. Radar 250 km-ə qədər radiusda 1500-ə yaxın hədəfin operativ aşkarlanmasını və izlənilməsini təmin edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »