Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Dikili rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın tapılması xəbərindən sonra bölgəyə sahil mühafizə gəmisi göndərilib.
Mühafizəçilər yunanlar tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan 48 qeyri-qanuni miqrantı xilas edib.
Qeyri-qanuni miqrantlar Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.