Ruslar MAQATE rəhbərini AES-ə buraxmayıblar

0

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Zaporojye atom elektrik stansiyasına səfərini təxirə salıb.

Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilir ki, buna səbəb rus hərbçiləri olub.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Ukraynada işgüzar səfərdədir və rusların Kaxovskaya SES-i partlatmasından sonra yardımı müzakirə etmək istəyir. Qrossi həmçinin qeyd edib ki, səfər zamanı Zaporojye AES-də vəziyyəti qiymətləndirəcək və stansiyada MAQATE əməkdaşlarının rotasiyasını həyata keçirəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »