Rusiya taxıl ixracına mane olur

0

Qara dəniz taxıl sazişinin uzadılmasına baxmayaraq, Rusiya Ukraynadan dəniz yolu ilə taxıl ixracına mane olmaqda davam edir.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, Rusiya yoxlamaları bilərəkdən ləngitməklə və bəzi gəmiləri aktiv şəkildə bloklamaqla taxıl ixracına mane olur.

Qeyd edək ki, Ukraynadan Qara dəniz vasitəsilə taxılın ixrac olunması 17 may 2023-cü il tarixində 60 gün müddətinə uzadılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »