Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, Xerson şəhərinin özündə 9 nəfər yaralanıb. Onlar daşqınla əlaqədar vətəndaşların təxliyəsinə cəlb olunmuşdular.