Bu gün Avropa Liqasının final oyunu keçiriləcək.
Axar.az xəbər verir ki, finalda üz-üzə gələcək İspaniya “Sevilya”sı və İtaliya “Roma”sının start heyətləri artıq açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Sevilya”: 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
“Roma”: 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
***
“Sevilya” – “Roma” matçı start götürdü.
***
Dibala matçın 35-ci dəqiqəsində “Roma”nı hesabda önə keçirib. Hazırda matçda ilk hissə başa çatıb.
***
Mançini 55-ci dəqiqədə avtoqol müəllifi oldu: 1-1.
***
Matçın 90 dəqiqəsində tarazlıq pozulmadığı üçün qalibi müəyyən etmək üçün uzatma dəqiqələri oynanılır.
***
Matça əlavə edilmiş 30 dəqiqədə də tarazlıq (1-1) pozulmadı. Qalibi müəyyən etmək üçün penalti zərbələri yerinə yetiriləcək.
***
Penalti zərbələrində daha dəqiq olan “Sevilya” “Roma”nı (4-1) məğlub etməklə Avropa Liqasının qalibi adına yiyələnib.