Ermənistanda yüksək vəzifəli məmurların həbsi gözlənilir

0

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir sıra yüksək vəzifəli məmurların həbsi gözlənilir.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

İddiaya görə, bu barədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlamentdə büdcənin icrası ilə bağlı qapalı müzakirələr zamanı deyib.

“Abazyanın iştirakı ilə keçirilən görüşdə əsas müzakirə mövzularından biri narkotik mövzusu olub. O, parlamentarilərlə söhbətində etiraf edib ki, ölkədə narkotik alveri çoxalıb və daha çox gənclər narkotikdən istifadə edir. Abazyan bildirib ki, yaxın vaxtlarda hansısa formada bu bizneslə məşğul olan bir sıra məmurların həbsi gözlənilir”, – xəbərdə qeyd edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »