Ermənistan parlamentində müxalifət və iqtidaryönümlü deputatlar arasında dava olub.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, mübahisə “Hayastan” fraksiyasından olan deputat Artur Sarkisyanın çıxışından sonra baş verib.
Belə ki, onunla hakim partiyadan olan deputat Ovik Ağazaryan arasında gərginlik yaşanıb. Ardınca isə dava düşüb. Bundan sonra parlamentin spikeri Alen Simonyan təhlükəsizlik xidməti əməkdaşlarını çağırıb. Onlar Artur Sarkisyanı iclas zalından çıxarıblar.