BMT Ukraynada ölən mülki şəxslərin sayını açıqladı

0

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 8,8 min mülki şəxs ölüb, 14,9 mindən çox insan yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin tərk-silah məsələləri üzrə ali nümayəndəsinin müavini Adedeji Ebo bildirib.

“24 fevral 2022-ci il tarixindən bəri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada 23 821 mülki itkinin olduğunu hesablayıb: 8 836 nəfər ölüb, 14 985 nəfər yaralanıb. Faktiki rəqəmlər çox güman ki, daha yüksəkdir”, – o qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »