Bir neçə Avropa ölkəsi F-16 qırıcılarını Ukraynaya verməyə hazırdır. Ancaq ABŞ hakimiyyəti hələ də ukraynalı pilotların onlara təlim keçməsinə icazə vermir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın icazəsi olmadan Avropa ölkələri yalnız ukraynalı pilotları texniki dillə tanış edə və F-16-nın istifadəsi ilə bağlı taktiki dərslər keçə bilər. ABŞ buna razılıq verənədək F-16-larla sınaq uçuşları həyata keçirilə bilməz.