Türkiyə İşçi Partiyasının təklifi ilə Muğladan deputatlığa namizəd olan aktyor Mehmet Aslantuğ Türkiyə Böyük Millət Məclisinə daxil ola bilməyib.
Muğlada deputat seçkilərinin nəticələri açıqlanıb.
CHP 37,77, AK Partiya 24,14, İYİ Partiya 17,23, MHP 6,17, TİP isə 5,67 faiz səs toplayıb. TİP-in namizədi Mehmet Aslantuğ 40 min 927 səslə parlamentə girə bilməyib. Seçki nəticələrinə görə, Muğlada CHP 4, AK Partiya 2, İYİ Partiya 1 millət vəkili qazanıb.
Seçkilərdə uduzan aktyor hələlik mövzu ilə bağlı açıqlama verməyib.