Davutoğlunun partiyasından 300 nəfər istefa verdi – AKP-yə keçdilər

0

Türkiyənin sabiq baş naziri və XİN başçısı Ahmet Davutoğlunun sədri olduğu Gələcək Partiyasından 300 nəfər istefa verib.

Türkiyə mətbuatı xəbər verir ki, kütləvi istefa partiyanın Ərzurum vilayətindəki yerli təşkilatında baş verib.

Həmin şəxslər hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv yazılıblar. AKP-yə üzvlüklə bağlı döş nişanının təqdim olunma mərasimi təşkil olunub. Gələcək Partiyasının Gənclər Təşkilatının Ərzurum üzrə nümayəndəsi Muhammet Fırat Kırbaç da AKP-yə keçənlərin arasında olub.

Qeyd edək ki, 2016-cı ilin mayında baş nazir vəzifəsini və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyini tərk edən A.Davutoğlu 2019-cu ildə Gələcək Partiyasını qurub. Hazırda müxalifətdəki “Millət İttifaqı”na daxil olan partiya 14 may seçkilərində prezidentliyə vahid namizəd kimi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunu dəstəkləyir. Gələcək Partiyasının deputatlığa namizədləri isə (ümumilikdə 19 nəfər) CHP-nin proporsional siyahısından seçkilərə qatılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »