Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya prezidenti Putini vətənə qayıtmasına mane olmaqda ittiham edib.
İctimairəy.az xəbər verir ki, bu barədə eks-prezident sosial şəbəkədə yazıb. Saakaşvili əmindir ki, Kreml hesab edir ki, əgər o qayıtsa bu ölkənin sürətli inkişafına səbəb olacaq.
“Mənə qarşı olan bu təqiblər birbaşa Putinin sifarişi ilə təşkil olunur”-deyə Saakaşvili yazıb.
O, sona qədər mübarizə aparacağını vurğulayıb.
Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda şəhər merləri vəzifəsinə və şəhər şuralarına deputat seçkiləri keçiriləcək.
İctimairəy.Az