Suriya mediası İsrailin Hələb şəhərinə və şəhərdə yerləşən hava limanı yaxınlığına raket zərbələri endirdiyini bildirir.
Bu barədə Suriyanın “Sana” adlı dövlət informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, dünən yerli saatla 23:35-də endirilən zərbələr zamanı Suriya ordusunun bir hərbçisi ölüb, 7 nəfər yaralanıb.
Suriya ordusu raketlərdən bir neçəsini havada zərərsizləşdirib. Raket zərbələrindən sonra Hələb Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb.
İsrail rəsmiləri aviazərbələr barədə heç bir açıqlama verməyib.