Rusiya müdafiə nazirinin müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsov (Rusiya sülhməramlı kontingentinin yeni komandanı) artıq iki gündür ki, Qarabağdadır.
Axar.az xəbər verir ki, erməni mediası dünəndən üç rusiyalı – Volkov, Lentsov və Kremlin digər nümayəndəsinin iki Azərbaycan rəsmisinin iştirakı ilə (3+2 formatında) danışıqlara başladığı haqda məlumat yayıb.
“Ermənistan “itkin” düşüb. Bəzi mənbələr iddia edir ki, Lentsov prosesi müvəqqəti olaraq, belə desək, dəstəkləməyə gəlib. Vəziyyət həll olunarsa, o, Moskvaya qayıda bilər. Çünki bu gün Rusiya ordusunda belə mütəxəssislər azdır. Danışıqlar zamanı Rusiya tərəfi azərbaycanlıların nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və yalnız rentgen skanerlərinin quraşdırılmasına nail olmağa çalışacaq. Yəni Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılacaq və Azərbaycan tərəfi prosesi onlayn izləyəcək”.