Lavrovun müavini İrəvanda Qarabağdakı vəziyyəti müzakirə edib

0

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. 

“Unikal” Rusiya KİV-ə istinadən xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün bütün istiqamətlərdə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

“Regiondakı vəziyyət, ilk növbədə, ciddi narahatlıq doğuran Dağlıq Qarabağda Rusiya sülhməramlı qoşunlarının məsuliyyəti zonasında vəziyyətin gərginləşməsi kontekstində ətraflı müzakirə edilib”, – məlumatda deyilir.

Bundan əlavə, onlar əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »