Aİ Rusiyaya qarşı sanksiyalar paketini mayda təqdim edəcək

0

Avropa İttifaqı mayın ikinci yarısından tez olmayaraq Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim edəcək.

APA-nın xəbərinə görə, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Təbii ki, bütün bunlar müzakirə mərhələsindədir. Bəzi dövlətlər orada nəyin yer almasını dilə gətirirlər. Məsələn, almaza qarşı sanksiyalarl. Digərləri isə əksinə. Ona görə də hesab edirəm ki, məsələ mayın ikinci yarısından tez başa çatmayacaq. Bundan tez nəsə gözləmək mümkün deyil”, – nazir Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclasından sonra bildirib.

Polşalı diplomat əlavə edib ki, o, Rusiya ədliyyə sisteminin nümayəndələrinə və ukraynalı uşaqların oğurlanmasına görə məsuliyyət daşıyanlara qarşı şəxsi sanksiyaların tətbiqini gözləyir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »