ABŞ-nin Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.
Bu barədə Miçiqan ştatının Dirborn şəhərinin meri Abdullah Hammud bildirib:
“Ölkədə ilk dəfədir ki, bir bələdiyyə Ramazan bayramını bayram elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, çox vacibdir”.
2021-ci ildə seçilən və Dirbornun ilk müsəlman meri olan Livan əsilli Hammud deyib ki, müsəlman icması ilk dəfə özünü doğulub böyüdüyü şəhərin bir hissəsi kimi hiss edəcək.
Bayramın ikinci günündə Dearborn Şurasının himayəsi ilə pulsuz Ramazan bayramı keçiriləcəyi də açıqlanıb.