Türkiyədə avtobus aşdı – 3 nəfər öldü, 31 yaralı var

Türkiyənin Eskişehir vilayətində fəhlələri daşıyan avtobus aşıb.

 “Anadolu” agentliyi xəbər verir ki, hadisə vilayətin İnönü rayonunda baş verib.

Belə ki, İnönü-Bozüyük magistralının 7-ci kilometrliyində hərəkət olan avtobus aşaraq tarlaya girib. Nəticədə 3 nəfər həyatını itirib, daha 31 nəfər isə xəsarət alıb.

Əraziyə jandarm və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Comments are closed.

Tərcümə »