Fransada pensiya islahatlarına etiraz əlaməti olaraq insanlar Paris küçələrinə axışıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, etiraz edən kütlə ilə polis arasında qarşıdurma yaranıb.
Nümayişçilər hökumətdən pensiya islahatlarını geri götürməyi tələb ediblər.
Növbəti günlərdə də etirazların davam edəcəyi bildirilib.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Fransada pensiya yaşı 62-dən 64-ə qaldırılıb.