Türkiyə “Patriot” və S-400-dən daha yaxşısını istehsal edəcək

0

Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir mühüm açıqlamalar verib.

“TRT Haber” xəbər verir ki, o, ölkəsinin ilk qırıcı təyyarəsinin ən qısa zamanda uçuşa hazır olmasını hədəflədiklərini bəyan edib.

“Bizim təyyarəmiz dünyanın 5-ci nəsil təyyarələri ilə yarışa biləcək. Uçuşa hazır olması 1 il çəkə bilər. Bəzi texniki cəhətlərinə görə F-35-lərdən daha yaxşı olacaq. Ağıllı təyyarəmiz uçan kompüter funksiyasını daşıyacaq. Türkiyənin ilk yerli qırıcısının adını isə prezidentimiz rəsmi tədbirdə açıqlayacaq. “Hürjet” də müəyyən həddə qədər inkişaf edib. Uçmağına az qalıb. Bundan başqa, “Bayraktar TB3″ zərbə dronlarımız da test mərhələsini keçdikdən sonra ordunun inventarına daxil ediləcək”, – o bildirib.

“Bizim “Kızılelma”mız isə arsenala girdikdən sonra da inkişaf etdiriləcək. “TCG Anadolu”nun Hərbi Dəniz Qüvvələrində təlimləri davam edir, qısa vaxtda yekunlaşacaq”, – Demir əlavə edib.

“Bizə 5-6 il verin, “Patriot”lar və S-400-lərdən daha yaxşı sistemləri istehsal edəcəyik”, – o hədəfləri elan edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »