Rusiyanın BMT TŞ-də yeri yoxdur – Ağ Ev

0

Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq üçün hələlik beynəlxalq hüquqi yol yoxdur.

Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

“ABŞ hesab edir ki, Rusiya BMT-dəki yerindən istifadə edərək dezinformasiya yaymaqda davam edəcək. Həmçinin, Ukraynadakı hərəkətlərinə haqq qazandırmağa çalışacaq. BMT Nizamnaməsini kobud şəkildə pozan və qonşusuna təcavüz edən ölkənin Təhlükəsizlik Şurasında yeri yoxdur”, – Karin Jan-Pyer bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »