Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A haber”ə müsahibəsi zamanı bildirib.
Həmin tarixdə ölkə başçılarının “Akkuyu” AES-in nüvə yanacağı yüklənməsi mərasimində iştirak edəcəkləri gözlənilir.
Ərdoğan əlavə edib ki, Türkiyə ciddi şəkildə enerji toplayacaq:
“Akkuyu” uğurlu olacaq. Aprelin 27-də Putin də mərasimə qatılacaq, ilk addım atılacaq”.