“Tehran hesab edir ki, Qafqaz regionunda gərginlik Cənubi Qafqazın üç ölkəsinin (Azərbaycan, Ermənistan və Gürcüstan), eləcə də bu regionun üç yaxın qonşusunun (Rusiya, İran və Türkiyə) iştirakını nəzərdə tutan “3 + 3″ formatı çərçivəsində həll oluna bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
“Əlbəttə ki, biz “3 + 3” mexanizmi vasitəsilə, eləcə də mövcud mexanizmlər vasitəsilə güc tətbiq etmədən bu regionda məsələləri həll etməliyik”, – o, rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra mətbuat konfransında deyib.
“Biz hesab edirik ki, sülh və sabitliyə doğru hərəkət etmək lazımdır”, – deyə o əlavə edib.