Ötən gün Danimarkada müqəddəs kitabımız olan Qurani-Kərimə və Türkiyə bayrağına qarşı törədilən iyrənc hücumu şiddətlə qınayırıq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Nifrəti aşılayan bu alçaq hərəkətə ifadə azadlığı adı altında yol verilməsini heç bir şəkildə qəbul etmirik. Ramazan ayında baş tutan bu aksiya islamofobiya, ayrı-seçkilik və ksenofobiyanın Avropada hər keçən gün narahatedici həddə çatdığını və keçmişdən heç bir dərs alınmadığını bir daha açıq şəkildə nümayiş etdirdi. Bu hərəkətləri ən sərt şəkildə qınadığımızı Danimarka rəsmilərinə çatdırırıq”, – bəyanatda bildirilib./Axar.az