Fransada suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib

0

Fransanın bir neçə yaşayış məntəqəsində suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, sakit başlayan aksiya sonradan polislə qarşıdurmaya çevrilib. Radikal qruplar polisə daş, Molotov kokteyli atıb, irriqasiya sistemlərinə zərər veriblər.

Polis narazı kütləyə gözyaşardıcı qaz və dəyənəklə müdaxilə edib. Toqquşmalarda 38 nəfər xəsarət alıb. Onlardan beşi reanimasiyadadır.

Aksiyalarda iştirak edənlərin sayı 30 000 nəfəri keçib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »