Ukraynanın işğal olunmuş Krım yarımadasının Qruşevka kəndində mobil rabitə qülləsində Ukrayna bayrağı ucaldılıb.
“Report” xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığının polkovniki Vladislav Nazarov teleqramda bildirib.
Onun sözlərinə görə, işğal altındakı ərazilərdə ortaya çıxan Ukrayna bayrağı “müqavimətin simvollarından biridir”.
“Krım bizi gözləyir, vətəndaşlarımız bizi gözləyir və biz fəal şəkildə evə qayıtmağa hazırlaşırıq!”, – o əlavə edib.