Rusiya prezidenti Vladimir Putin ölkəsinin görünməmiş sanksiyalar müharibəsi ilə üz-üzə olduğunu deyib.
Sonxeber.az xəbər verir ki, Putin müharibə başlayandan bəri ilk dəfə işgüzar dairələrlə geniş görüş keçirib.
O, açıqlamasında Rusiyanın sanksiya müharibəsi ilə üz-üzə qaldığını və qaçmaq əvəzinə Rusiyada qalmağa qərar verən Qərb firmalarının ağıllı bir qərar verdiyini bildirib.
“Hazırda bizə güclü iş dünyası lazımdır. Biz logistika və maliyyə problemlərini həll etməliyik”, – deyə Putin Rusiya dövlətinə kömək etmək üçün çalışdıqları üçün biznes liderlərinə təşəkkür edib.