İranda qanlı çərşənbə – Etiraz nümayişlərində 20-yə yaxın adam öldürüldü

0

İranda etirazçılar Novruz bayramından əvvəl gələn sonuncu çərşənbə ərəfəsində küçələrə çıxaraq yeni aksiyaya başlayıblar. Tehranın Ekbatan məhəlləsində etirazçılar martın 14-də yenə də “Diktatora ölüm!” və “Mübarizə davam edir!” şüarları səsləndiriblər.

Paytaxtın Ekbatan məhəlləsi son altı ayda antihökumət etirazlarının episentri olub. Burada bir neçə gün bundan əvvəl sosial medialarda yayılmış videoda 5 qız hicabsız rəqs edirdilər.

Bu video o qədər populyarlaşıb ki, ölkənin müxtəlif yerlərində eyni mahnının sədaları altında rəqs edən başqa qızların videoları yayılıb. Tehranın Səttarxan və Tehran Pars məhəllələrində də buna bənzər videolar çəkilib.

Martın 14-də yayılan videolarda Ali rəhbər ayətullah Əli Xamenei və Prezident İbrahim Rəisinin doğulduğu Məşhəd şəhərində keçirilən antihökumət etirazları görünür. Kürdüstan ostanının Sənəndəc şəhərində cavanlar toplaşaraq böyük tonqal qalayıb və antihökumət şuraları səsləndiriblər.

İranın qərbindəki Kamyaran şəhərində isə etirazçılar maşın təkərlərinə od vuraraq mərkəzi küçələri bağlayıblar.

Sosial şəbəklərdə yayılan görüntülərdə təhlükəszilik qüvvələrinin etirazçılara zor tətbiq etdiyi, hətta atəş açdığı görünür. Məlumata görə, toqquşmalarda 20-yə yaxın nümayişçi öldürülüb, onlarla insan yaralanıb və həbs edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »