PUA böhranı: ABŞ və Rusiyanın birbaşa münaqişəsi…

0

Qara dənizdə ABŞ-ın MQ-9 “Reaper” PUA-sı ilə insident Vaşinqtonla Moskva arasında birbaşa münaqişəyə səbəb olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun ötən gün Qara dənizdə Rusiya qırıcısı ilə ABŞ PUA-sının toqquşması, nəticədə PUA-nın dənizə düşməsi haqqında hesabatında bildirilib.

“Rus qoşunları onilliklər ərzində münaqişə yaratmadan ABŞ və müttəfiqlərinin təyyarə və gəmilərinə qarşı hədə-qorxu taktikasından istifadə ediblər. ABŞ və Rusiya prezidentlərinin necə cavab verməklə bağlı tam seçim azadlığı var və bu cür hadisələr avtomatik olaraq ölkələr arasında qarşıdurmanın kəskinləşməsinə səbəb olmayıb.

Prezident Co Baydenin ABŞ hərbçiləri ilə Rusiya arasında birbaşa münaqişədən qaçmaq istəyindən dəfələrlə danışdığını və Kremlin NATO ilə müharibəyə başlamaq istəmədiyini açıq-aydın və dəfələrlə nümayiş etdirdiyini nəzərə alsaq, bu kimi hadisələrin təhlükəli eskalasiyaya səbəb ola biləcəyinə inanmaq üçün heç bir əsas yoxdur”, – hesabatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »