Ermənistanda narkotik qaçaqmalçılığına cəhd edən İran vətəndaşı həbs edilib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, saxlanılan iranlı dövriyyəsi qanunla qadağan olunmuş maddələrin bir hissəsini Avstriyaya göndərməyə müvəffəq olub.
“Lakin o, Avstraliyaya narkotik satmaq istəyərkən tutulub”, – deyə məlumatda qeyd olunub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.