İndoneziyanın Natuna bölgəsində baş vermiş torpaq sürüşməsində azı 15 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.
“TRT Haber” xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Bildirilib ki, güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsi baş verib və evlər torpaq qalaqlarının altında qalıb.
Axtarış-xilasetmə işləri zamanı 15 nəfərin cəsədi aşkarlanıb. Ölü sayının artacağı istisna edilmir.
Hazırda axtarış işləri davam etdirilir.