Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA – MAQATE) İranın demək olar ki, nüvə silahı dərəcəsinə qədər zənginləşdirilmiş urana malik olduğunu təsdiqləyib.
İranda son üç ayda 60%-dən çox zənginləşdirilmiş uranın miqdarı 25.2 kiloqramdan 87.5 kiloqrama yüksəlib.
Bildirilib ki, bir nüvə bombasının istehsalı üçün 60%-ə qədər zənginləşdirilmiş 55 kiloqram uran kifayət edir. Yəni İran nüvə silahı üçün materialı 12 günə əldə edə bilər.
Qeyd edək ki, Tramp administrasiyası 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İran nüvə proqramının inkişafında irəliləyişlə yanaşı, nüvə silahı yaratmaq qabiliyyətini əsaslı şəkildə inkişaf etdirib.