Prezident Co Baydenin Kiyevə yardımı ABŞ konstitusiyasına ziddir, Ukraynanın özü isə demokratik ölkə deyil.
Bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Teylor Qrin deyib.
“Konqresin tam təsdiqi olmadan prezident və Konqresin bir hissəsinin müharibəni maliyyələşdirməsi, silahlandırması, təlim keçməsi və yardım etməsi konstitusiyaya ziddir” – deyə o bildirib.
Qrin əlavə edib ki, Ukrayna alyans üzvü deyil və demokratiyadan, eləcə də üzvlükdən çox uzaqdır.