İran 44 günlük Qarabağ müharibəsində əlil olan Ermənistan vətəndaşlarının reabilitasiyası ilə bağlı addımlar atacaq.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi açıqlama verib.
Bildirilib ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində İrəvanda bu ölkənin əmək naziri Narek Mkrtçyan ilə görüşüb.
“Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır”, – deyə o söyləyib.