Çin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı sülh planı yayımlayıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsinin ildönümündə Çin “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi”ni dərc edərək sülh planını təklif edib.
Dərc edilmiş sənəd 12 bənddən ibarətdir:
– Bütün ölkələrin suverenliyinə hörmət;
– Soyuq müharibə zehniyyətindən imtina;
– Hərbi əməliyyatların dayandırılması;
– Sülh danışıqlarının bərpası;
– Humanitar böhranla mübarizə;
– Mülki əhalinin və hərbi əsirlərin müdafiəsi;
– Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi;
– Strateji risklərin azaldılması;
– Taxıl ixracının təşviqi;
– Birtərəfli sanksiyalara son;
– Sənaye zəncirlərinin və tədarük zəncirlərinin sabitliyinin dəstəklənməsi;
– Müharibədən sonrakı yenidənqurmanın təşviqi.
Sənəddə qeyd olunub ki, birbaşa dialoqun tezliklə bərpası, gərginliyin tədricən azaldılması və hərbi əməliyyatların tamamilə dayandırılması ilə bağlı Moskva və Kiyevin qarşılıqlı addımlarını dəstəkləmək vacibdir.