Belarus prezidenti Aleksandr Lukaşenko İrana səfər edəcək.
Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.
Belə ki, Lukaşenko İranın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Səid Yarini qəbul edib. Görüşdə ikitərəfli əlaqələr əsas müzakirə mövzusu olub. Söhbətin gedişində Belarus prezidenti yaxın vaxtlarda İrana səfər edəcəyini açıqlayıb.
Səfərin dəqiq tarixini söyləməsə də, Lukaşenko Tehrana mart ayında gedəcəyini bildirib.