Rusiyanın canlı qüvvə baxımından üstünlüyü Ukrayna üçün kritik problem deyil. Əhalimiz az olsa da, Ukrayna ordusunun müasir texnika sarıdan üstünlüyü olacaq.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.
“Əlbəttə ki, bizim əhalimiz Rusiya Federasiyasından ən azı 3 dəfə azdır. Amma unutmayın ki, bu gün ordunun texnikasında üstünlüyə malik olacağıq. Yəni ətə qarşı dəmir. Dəmir həmişə qalib gəlir. Ona görə də Qərb indi bizə tanklar, artilleriya sistemləri, dəqiq idarə olunan hərbi sursatlar verir. Düşünürəm ki, yaxın gələcəkdə biz raketlər də alacağıq. Və bir neçə aydan sonra biz Qərb tipli döyüş təyyarələri əldə edə bilərik. Bu da bizə Rusiya ordusunu məğlub etməyə kömək edəcək”, – deyib.
Ekspert onu da vurğulayıb ki, Rusiya bu qədər insanı müharibəyə göndərəndə onların təminatı ilə bağlı çoxlu problemlər yaranır.