Talibanla Pakistan sərhədçiləri arasında atışma gedir

0

Əfqanıstan-Pakistan sərhədində Torkham keçid məntəqəsi yaxınlığında silahlı toqquşma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Həşt-i Sübh” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Taliban hərəkatının nümayəndələri ilə Pakistan sərhədçiləri arasında atışmalar səhər tezdən başlayıb və indiyədək davam edir. Münaqişənin səbəbi hələlik məlum deyil.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »